Saat:02:38
Haqqımızda

Bioloqlar bu çiçəyi tapmaq üçün düz 13 il meşələrdə gəzdilər - VİDEO

2025-12-04 20:43:53

Bioloqlar bu çiçəyi tapmaq üçün düz 13 il meşələrdə gəzdilər - VİDEO

İndoneziyalı bioloqlar Septian Andriki və Chris Thorogood axtardıqları nadir “Rafflesia” çiçəyini 13 il sonra tapıblar.

Hurriyyet.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bioloqlar illərlə davam edən axtarışdan sonra əldə etdikləri qələbələrini və çiçəyin açmasını videoya alaraq dünya ilə paylaşıblar. Onlardan biri isə sevinc gözyaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, dünyanın ən böyük çiçəyi olan “Rafflesia”nın uzunluğu 1 metrə qədər, ölçüsü 11 kq-a qədər ola bilir. Eyni zamanda ona çox pis qoxusu olduğu üçün “cəsəd çiçəyi” də deyilir. “Rafflesia” çiçəyinə təbiətdə çox nadir rast gəlirlər. Onun ömrü də çox qısadır - təxminən 8 günə qədər yaşayır. Çiçək açanda çürümüş ət kimi çox pis qoxu yayır. Bu qoxu ilə milçəkləri cəlb edir və tozlanır.