Saat:17:27
Haqqımızda

Binəqədidə avtomobil qaçıran və evdən oğurluq edən şəxsləri polis saxladı

2025-11-17 15:05:39

Binəqədidə avtomobil qaçıran və evdən oğurluq edən şəxsləri polis saxladı

Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək “Tofaş” markalı avtomobilinin naməlum şəraitdə qaçırıldığını bildirib. Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Əliyev avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə rayonun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birindən 2800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 18 yaşlı Ə.Mürsəlov tutulub.

Hər iki fakt üzrə araşdırmalar aparılır.