Saat:22:12
Haqqımızda

Bəzi rayonlarda leysan olub

2025-09-08 10:00:01

Bəzi rayonlarda leysan olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.az-a verilən məlumata görə, ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Balakən və Zaqatalada 54, Sarıbaşda (Qax) 20, Qubada 13, Şabranda 12, Qusarda 11, Lənkəranda 8, Astara, Yardımlı, Bərdə, Cəlilabad, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Şəki,Tovuz, Oğuz, Qrız, Yevlax və Zərdabda 4 mm-dək qeydə alınıb.

Yağan intensiv yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.