Bəzi rayonlarda külək güclənib - FAKTİKİ HAVA
2025-10-07 14:30:28
Azərbaycanda oktyabrın 7-si saat 10:00-a olan məlumata əsasən hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Hurriyyet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 6-da bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Xızıda 20, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
