Saat:15:22
Haqqımızda

Bəşər Əsədi zəhərlədilər

2025-10-02 13:40:30

Bəşər Əsədi zəhərlədilər

Hurriyyet.az xəbər verir ki, Suriyanın eks-prezidenti Bəşər Əsədi Moskvada zəhərləməyə cəhd ediblər. 
Suriya İnsan Haqlarını Müşahidə Qrupu (SOHR) bildirib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd zəhərlənmə cəhdindən sağ çıxdıqdan sonra Moskvada xəstəxanaya yerləşdirilib.
Qurumun məlumatına görə, siyasətçi reanimasiyadan sonra artıq xəstəxanadan buraxılıb. Həkimlər onun vəziyyətini stabil qiymətləndiriblər.
Məhdud sayda insanın xəstəxanada Əsədi ziyarət etməsinə icazə verilib. Onların arasında keçmiş prezidentin qardaşı Mahir Əsəd və prezidentin işləri üzrə keçmiş baş katibi Mənsur Əzzam da olub.
SOHR X səhifəsində bildirib: "Zəhərlənmə yolu ilə həyata keçirilən sui-qəsd cəhdi sadəcə olaraq şəxsi hücum deyil, daha geniş siyasi təsirlərə malikdir. "Ehtimal olunur ki, əməliyyatın təşkilatçıları Rusiya hökumətini Əsədin qətlində əli olmaqda ittiham etmək istəyiblər".
Bundan əvvəl Suriyanın yeni lideri Əhməd Əl Şaraa bəyan etmişdi ki, Moskva hakimiyyət dəyişikliyindən sonra ölkədən qaçan keçmiş prezident Bəşər Əsədin təhvil verilməsi ilə bağlı Dəməşqin tələbini rədd edib. Siyasətçi vurğulayıb ki, hakimiyyət dəyişikliyinə baxmayaraq, Suriya Rusiyanın maraqlarını nəzərə almalıdır, çünki bu ölkə gələcəkdə “yenidən Rusiyanın köməyinə ehtiyac duya bilər”.
Hürr Tərcüman

 


Load Time (S) : 0.485777