Saat:23:08
Haqqımızda

Bərdədə ƏMƏLİYYAT: xadiməni fahişəliyə cəlb edən TUTULDU

2025-11-15 21:06:20

Bərdədə ƏMƏLİYYAT: xadiməni fahişəliyə cəlb edən TUTULDU

Bərdədə qadını əxlaqsızlığa cəlb edən şəxsə cinayət işi açılıb.

Hurriyyet.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları rayon ərazisində yerləşən kafedə əməliyyat keçiriblər. Nəticədə kafedə əxlaqsızlıqla məşğul olunduğu, həmçinin kafenin icarədarının xidmətçi qadını (xadimə) fahişəliyə cəlb etdiyi məlum olub.

Faktla bağlı icarədar, 58 yaşlı Manaf Quliyev (ad və soyad şərtidir) saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 243.1 (gəlir qazanmaq niyyətilə fahişəliyə cəlbetmə) və 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil etmə) maddələri ilə cinayət işi açılıb.

İttiham aktına görə, kafenin icarədarı olan Manaf Quliyev 51 yaşlı qadını gündəlik 15 manat maaş qarşılığında xidmətçi kimi işə götürdüyü qadını fahişəliyə cəlb edərək 30 yaşlı müştəri ilə görüşdürüb. Bunun qarşılığında həmin müştəridən 20 manat alıb. Pulun yarısı özünə, yarısı isə zərərçəkən qadına çatıb.

Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməyərək, hadisədən xəbərsiz olduğunu deyib:

“Mətbəxdə müştərilərdən biri üçün yemək hazırlayırdım. Xidmətçi qadın yaxınlaşdı ki, pulun 10 manatı mənə çatacaq. Niyəsini soruşanda dedi ki, arxada cavan oğlanla işi olacaq. Söhbətin nədən getdiyini bilmədim. Az sonra polis əməkdaşları kafeyə daxil olaraq, axtarış etmək üçün arxa tərəfə keçdilər. Bu zaman xidmətçi ilə bir oğlanı cinsi əlaqədə olarkən aşkar etdik. Qadın həmin oğlan müştəri ilə stolda oturub domino oynayırdı. Bir müddət sonra gördüm ki, masada yoxdurlar”.

Zərərçəkən xidmətçi qadının sözlərinə görə isə oğlan müştəri ilə cinsi əlaqədə olacağı barədə təqsirləndirilən şəxsə məlumat verib:

“Ona dedim ki, 20 manat müqabilində cinsi əlaqədə olacağıq. 10 manatı ona çatacaq, 10-u da mənə. Lakin qəfil polis əməkdaşları kafeyə gəldilər. Olanları polislərə dedim və aldığım 20 manatı onlara verdim”.

Məhkəmə istintaqı zamanı sübut edilib ki, təqsirləndirilən Manaf Quliyev xidmətçi kimi işə götürdüyü Daşkəsən rayon sakini 51 yaşlı qadını müştəriyə təqdim edərək onu fahişəliyə cəlb edib. Bunun üçün kafenin arxasındakı otaqda çarpayı və yataq dəsti ilə şərait də yaradıb.
Bərdə rayon Məhkəməsinin qərarı ilə Manaf Quliyev barəsində 480 saat ictimai işlər cəzası verilib. (Mənbə: lent.az)