Belarusun Baş Qərargah rəisi: "Qərb bizimlə müharibəyə hazırlaşır"
2025-12-09 16:28:33
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Belarusun Baş Qərərgahı Qərbin faktiki olaraq respublikası ilə müharibəyə hazırlaşdığını hesab edir.
Belarusun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini Pavel Muraveyko belə bir açıqlama ilə çıxış edib.
BelTa agentliyinin verdiyi məlumata görə, Muraveyko deyib: "Qərb faktiki olaraq, müharibəyə hazırlaşır. Buna görə də, qərbli siyasətçilərin çıxışlarında revanşçı çağırışlar səslənir, silahlı qüvvələrin təkmilləşdirilməsi və inkişafı ilə bağlı tədbirlər fəal şəkildə keçirilir, müasir silahlar alınır və digər addımlar atılır".
Hürr Tərcüman
