Saat:01:02
Haqqımızda

"Barselona" rəqibini qol vurmağa peşman ETDİ

2025-12-06 23:52:09

İspaniya La Liqasının 15-ci turunda lider "Barselona" "Betis"in qonağı olub.

Katalonlar meydançanı üç xalla tərk ediblər.

Matçda hesabı meydan sahibləri açsalar da, "Barsa" ardıcıl beş dəfə (Torres 11, 13, 40, Bardaqji 31, Yamal 59 - pen.) rəqibi məyus edib. "Betis" buraxılan qollara daha iki dəqiq zərbə ilə cavab verməyi bacarıb - 3:5.

Hazırda Hans-Diter Flikinin yetirmələri 40 xalla turnir cədvəlinə başçılıq edirlər. "Betis" isə 24 xalla 5-cidir. \\Redaktor.az