"Barselona" klubu "Real Madrid" nümunəsindən yararlanacaq
2025-11-17 20:19:35
"Barselona" rəhbərliyi "Real Madrid" nümunəsindən yararlanmağa qərar verib.
"Kamp Nou" stadionu 2028-ci ildə Amerikan futbolu (NFL) oyununa ev sahibliyi edə bilər.
Məlumata görə, Amerikan Futbol Liqası (NFL) ilə təşkilatçılar arasında ilkin danışıqlar aparılır və layihənin reallaşması üçün logistika və stadionun uyğunlaşdırılması məsələləri nəzərdən keçirilir.
Əgər tərəflər razılığa gələrsə, bu oyun Avropada keçiriləcək ən böyük NFL tədbirlərindən biri olacaq.
Qeyd edək ki, ötən günlərdə "Real Madrid" klubu ilk dəfə olaraq "Santiaqo Bernabeu" stadionunda NFL oyunu təşkil etdi. \\Offsideplus.az
