Balıqçıların üzərinə torpaq qatı qoparaq düşdü: ölən var
2025-08-20 10:00:59
Qobustanda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hurriyyet.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində hadisə yerində ölüb.
Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
