Balıq tutarkən canından oldu - Meyiti tapıldı
2025-07-14 19:58:12
Araz çayında bir nəfər batıb.
Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Araz çayının rayonun Göbəktala kəndindən keçən hissəsində baş verib.
Məlumata görə, yeniyetmə Süleyman Cahangirli balıq tutarkən çayda boğulub.
Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
