“Bakubus” avtobusu bulvara girdi - Video
2025-10-21 11:55:01
Bu gün saat 10 radələrində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Hurriyyet.az xəbər verir ki, Neftçilər prospektində “Bakubus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.
Nəqliyyat vasitəsi bulvarda ağaclara çırpılaraq dayanıb.
Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur. (Qafqazinfo)

