Saat:06:18
Haqqımızda

Bakının mövqeyi ilə bağlı Kremldən açıqlama

2025-07-22 15:00:04

Bakının mövqeyi ilə bağlı Kremldən açıqlama

Hurriyyet.az xəbər verir ki, Kreml Bakının Ukraynadakı müharibə ilə bağlı mövqeyinə reaksiya verib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyi Rusiyaya bəllidir, burada fikir ayrılığı var".
Peskov deyib: "Lap əvvəldən Azərbaycan Prezidenti İlham Əliyev bu mövqedədir. Lap əvvəldən biz bu mövqe ilə razılaşmırdıq. Bununla yanaşı, ümidvarıq ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərin soyuduğu qısamüddətli dövrü keçməyimiz üçün əngəl olmayacaq. Biz bir anlıq vəziyyət üçün ikitərəfli münasibələrimizi, ikitərəfli maraqlarımızı qurban verməmişik".
Hürr Tərcüman