Saat:00:55
Haqqımızda

Bakının bu əraziləri gecələr təhlükəlidir

2025-12-08 23:28:38

Bakının bu əraziləri gecələr təhlükəlidir

Bakının bir sıra əraziləri taksi sürücüləri tərəfindən gecə saatları üçün ən riskli ərazilər kimi göstərilib.

Hurriyyet.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə taksi sürücüləri müzakirə aparıblar.
Onların sözlərinə görə, bəzi qəsəbələrdə narkotik istifadəçilərinin və qeyri-qanuni fəaliyyətlə məşğul olan şəxslərin çoxluğu səbəbindən risk xeyli artır.

Taksi sürücüləri xüsusilə Sumqayıtın Corat qəsəbəsinin gecə saatlarında təhlükəli olduğunu vurğulayıblar. Təhlükəli hesab edilən digər ərazilər kimi “Sovetski”, “Kubinka”, “Papanin”, Bayıl, Binəqədi, Mehdiabad, Balaxanı, Sulutəpə, Köhnə Yasamal, Hökməli, Sabunçu və Xırdalanın bəzi köhnə məhəllələri də qeyd olunub.

Sürücülər bildiriblər ki, bu ərazilərdə gecələr “bariqa”ların çox olması, şübhəli şəxslərin fəaliyyəti və sərxoş, aqressiv müştərilərlə qarşılaşma ehtimalı daha yüksəkdir. Onların fikrincə, şəhərin mərkəzi hissələri gecə saatlarında daha təhlükəsiz hesab olunur.