Saat:01:13
Haqqımızda

Bakıdan Ermənistana neft göndərilməsinə reaksiya: "Əməkdaşlıq prosesinə başlanılıb"

2025-12-19 21:54:12

Bakıdan Ermənistana neft göndərilməsinə reaksiya:

"Artıq sülh danışıqları ərəfəsində əməkdaşlıq prosesinə başlanılıb".

Bu fikri Redaktor.Az-a Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyasının Ermənistana çatmasından danışarkən bildirdi.

Millət vəkilinin sözlərinə görə, bu, normaldır:

"Azərbaycan qalib ölkə kimi bu istiqamətdə öz addımlarını atmalıdır ki, biz daha tez sülhə nail ola bilək. Bu baxımdan da, məncə, təəccüblü bir şey yoxdur. Bu, elə normal bir münasibətlər sisteminin qurulması prosesidir və bu proses, ümumiyyətlə, cəmiyyətimizdə də dəstəklənir, dövlətlərarası münasibətlərin hansısa bir başlanğıc mərhələsi olaraq da faydalıdır. Bundan sonra isə əsas məsələ sülh sazişinin imzalanması, yolların açılması və digər mövzulardır. Bunlar da tədricən öz həllini tapacaq".

 

Aytəkin TOFİQQIZI