Saat:02:10
Haqqımızda

Bakıda xanım jurnalistə zor tətbiq olundu - VİDEO

2025-11-12 23:53:04

Bakıda xanım jurnalistə zor tətbiq olundu - VİDEO

Bakıda 120 nömrəli sərnişin avtobusunda insident baş verib, nəticədə jurnalist xanıma zor tətbiq olunub.

Hurriyyet.Az Metbuat.Az-a istinadla xəbər verir ki, hadisə əməkdaşımız jurnalist Sevinc İbrahimzadənin başına gəlib.

Məlumata görə, 28 May dayanacağından hərəkətə başlayan 120 nömrəli avtobusda jurnalist S. İbrahimzadə oturacaqlardan birinə qoyulmuş çantaları yan tərəfə yerləşdirib. Bu zaman həmin əşyaların sahibi — Yeganə adlı sərnişin ondan yerindən qalxmasını tələb edib və iddia edib ki, həmin yer ona məxsusdur.

Qısa müddət sonra tərəflər arasında mübahisə yaranıb. Jurnalist xanım yerindən durmadıqda, Yeganə adlı sərnişin ona zor tətbiq edərək sərt şəkildə aşağı dartıb. Nəticədə Sevinc İbrahimzadə yıxılıb və əli yaralanıb.

Mübahisə zamanı Yeganə adlı qadın jurnalistə qarşı kobud ifadələr də işlədib. Hadisə avtobus sürücüsünün və digər sərnişinlərin gözü qarşısında baş verib. Sərnişinlər də Yeganə adlı qadının davranışına etiraz ediblər.

Sevinc İbrahimzadə hadisə ilə bağlı polisə müraciət edib. Fakt araşdırılacaq.