Saat:02:37
Haqqımızda

Bakıda vəkilə hücum edib xəsarət yetirdilər - FOTO

2025-12-04 22:41:02

Bakıda vəkilə hücum edib xəsarət yetirdilər - FOTO

Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.

Hurriyyet.Az E-huquq.az-a istinadən xəbər verir ki, o, Xətai Rayon Məhkəməsində peşə fəaliyyətini yerinə yetirərkən vəkil kimi çıxdığı cinayət işində qarşı tərəfi təmsil edən şəxs ona hücum edib.

Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, dekabrın 4-də paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında ərazi polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.