Bakıda taksi sürücüsü ətrafdakı maşınları ƏZDİ - ANBAAN GÖRÜNTÜLƏR
2025-11-25 21:42:24
Bakıda taksi sürücüsü ictimai asayişi kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb.
Hurriyyet.Az Ajans.az-a istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə taksi sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etdiyi yer alıb. Avtomobili idarə edən şəxs ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yaratmaqla yanaşı, yaxınlıqdakı maşınlara da ziyan vurub.
