Saat:00:41
Haqqımızda

Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanıldı

2025-11-25 17:03:44

Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanıldı

Bakının Səbail rayonunda qeydiyyat nişanı olmadan idarə edilən avtomobillə bağlı yayılan görüntülər araşdırılıb.

Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.