Bakıda ana 3 günlük körpəsini dənizə ataraq öldürüb
2025-11-25 13:27:36
Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.
Hurriyyet.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Noyabrın 11-i Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova 3 günlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.
Meyitin tapılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır. (APA)
