Saat:01:34
Haqqımızda

Bakı-Qazax sürət qatarında GECİKMƏ

2025-07-21 21:06:40

Bakı-Qazax sürət qatarında GECİKMƏ

Bakı-Qazax sürət qatarı gecikmə ilə hərəkət edib.

"Hurriyyet.az" xəbər verir ki, qatar bir müddət Dəllər stansiyasında dayanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan stansiyada sənədlərin yoxlanışı zamanı bir sərnişinin sənədində məlumat uyğunsuzluğu aşkarlanıb.

Lakin sərnişin bununla razılaşmayıb və qatarın vaxtında hərəkət etməsinə maneə yaradıb. Nəticədə, qatar hərəkətini 17 dəqiqəlik gecikmə ilə davam etdirib.