Saat:01:11
Haqqımızda

"Bakı bulvarından eybəcər bir qoxu gəlir" - Deputat

2025-11-19 23:39:31

"İlisuya daxil olan kəndlər də daxil olmaqla ilk növbədə bunların qazlaşdırılması nöqteyi-nəzərindən addımların atılması ilə həmin sahədə olan yaşayış məntəqələrinin abadlaşdırılması, yeni iş yerlərinin açılması, çox dəyərli tarixi mədəni abidələrin bərpası və s . kimi mövcud problemlərin həlli istiqamətində sistemli işlərin həyata keçməsinə şərait yaratmağl çox vacib hesab edirəm".

Bunu deputat Nəsib Məhəməliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı bildirdi.

Bununla yanası o qeyd etdi ki, bulvar ərazisi bizim fəxr olunası ərazimiz sayılsa da, gecələr ora gedəndə baxirsan ki, şəhərin kanalizasiya sisteminə qoşulduğu üçün eybəcər bir qoxu gəlir:

"Milyonlarla insan Bakıya qonaq gəlir və təbii ki, belə bir mənzərə ilə qarşılaşır". \\Redaktor.Az