Saat:02:03
Haqqımızda

AzTV bu xanım müğənnilərə qadağa qoyub? - SİYAHI

2025-12-13 13:58:53

AzTV bu xanım müğənnilərə qadağa qoyub? - SİYAHI

“AzTV-nin baş prodüseri Nazilə Babayevanın məndən xoşu gəlmir deyə 2 ildir dövlət televiziyasının əsas Yeni il konsertinə müğənni Nigar Jamalı dəvət etmir. Düzdür, bu sferada çalışan hər kəs bilir ki, mən onu güclə proqramlara çıxarıram, çünki istəmir”.

Hurriyyet.az xəbər verir ki, bunu N.Camalın prodüsseri Pərviz Hüseynli bildirib.

Onun iddiasına görə, AzTV bəzi müğənnilərə qarşı ayrıseçkilik edir:

“Hətta bu Yeni il də heç bir proqrama çıxmadı. Ancaq söhbət burada dövlət televiziyasından gedir. Niyə ayrıseçkilik olmalıdır? Mən bilən AzTV kiməsə atasından miras qalan kanal deyil. Çağırmamaq üçün heç bir səbəb yoxdur. İki il öncə iki il ard-arda əsas Yeni il üçün AzTV-yə sənətçiləri mən dəvət etmişdim, hətta Hiss kimi küsülü olduğum müğənniləri də danışmaya-danışmaya çağırdım ki, uğurları var. Özünü öymək kimi çıxsa da, bu, mənim peşəkarlığımdan xəbər verir”.

P.Hüseynli bildirib ki, N.Babayevanın prodüseri olduğu verilişləri tənqid edib, ona görə də onunla belə davranır:

“Ancaq görünür Nazilə Babayeva bu yaşa gəlib, hələ də şəxsi münasibətlə peşəkar yanaşmanı ayırd edə bilmir. Məsələniz mənimlədirsə, zatən mən AzTV-nin qara siyahısındayam, hansı verilişə dəvət etmək istəyiblərsə, adım siyahıdan çıxarılıb. Cəmi bir dəfə illər əvvəl dəvət ediblər, onda da Respublika Günü ilə bağlı verilişə, o zaman da mən imtina elədim ki, bu ölkənin tarixçiləri, alimləri, professorları qala-qala mən kiməm ki, gələm Azərbaycan tarixindən danışam? Çağırmamaqlarının səbəbi odur ki, Nazilə xanımın prodüserləri olduğu verilişləri tənqid etmişəm, eyni qonaqları və eyni mövzuları işlədiklərini demişəm. Bu, Nigar Jamalı dəvət etməməyə səbəbdirmi, dostlar?”.

Müğənni Nura Suri də paylaşıma şərh yazaraq bildirib ki, o və bir neçə həmkarı da AzTV-nin bayram çəkilişlərinə dəvət olunmur:

“Onun (AzTV-nin baş prodüseri Nazilə Babayeva) gözəl qadınlara qarşı allergiyası var. Məni də, Delyanı da sevmir, verilişlərə çağırmır”.

Yenisabah.az