"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
2025-12-04 15:23:09
"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi yenilənib.
Hurriyyet.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Vüqar Məcidli və Rəşad İsmayılov Müşahidə Şurasının tərkibindən çıxarılıblar.
Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılov və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Əli Cəfərov Müşahidə Şurasının tərkibinə daxil ediliblər.
