Azərbaycanlı zəvvarları daşıyan təyyarə İrana təcili eniş etdi
2025-06-10 20:55:20
Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə oxu.az-a təyyarədə olan zəvvarlardan biri məlumat verib.
Bildirilib ki, zəvvarlardan birinin səhhəti pisləşdiyindən təyyarə heyəti uçuş zamanı təcili qərar qəbul edərək, təyyarəni İranın Rəşt şəhərinə endirməyə məcbur olub.
