Saat:13:49
Haqqımızda

Azərbaycanlı tərəfindən qaçırıldığı deyilən türkiyəli qız tapıldı - FOTO

2025-10-08 23:16:41

Azərbaycanlı tərəfindən qaçırıldığı deyilən türkiyəli qız tapıldı - FOTO

Türkiyənin Sakarya şəhərində itkin düşən və azərbaycanlı yeniyetmə tərəfindən qaçırıldığı iddia edilən 16 yaşlı qız dörd gün sonra tapılıb.

Hurriyyet.az xəbər verir ki, Gülər ailəsi ATV-də yayımlanan "Müge Anlı ilə Tatlı Sert" proqramına müraciət edərək, qızlarının oktyabrın 3-dən etibarən itkin düşdüyünü bildirmişdi.

Ailə qızlarının Azərbaycan əsilli 17 yaşlı Nadir Həsənov tərəfindən zorla saxlanıldığını iddia edirdi.

Məlum olub ki, Nihlenaz Gülər İstanbulda - ailəsinin adını çəkdiyi Nadir Həsənovun yanında aşkarlanıb.

Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində gənc qız sağ-salamat tapılıb və ailəsinə təhvil verilib.

\\Milli.Az 

 


Load Time (S) : 0.647780