Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu
2025-12-20 15:29:30
İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.
Hurriyyet.az Teleqraf-a istinadla xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən 5 müxtəlif ictimai-iaşə obyektindən gedir.
Bunların sırasına “Zəngəzur Harmony” oteli də daxildir. Üçmərtəbəli otelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.
İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti i800 min manat civarındadır.
Hərrac gələn ilin yanvarın 8-də keçiriləcək.
