Saat:07:25
Haqqımızda

Azərbaycandan neft alan Paşinyan Gürcüstana xəbərdarlıq etdi

2025-12-18 16:10:07

Azərbaycandan neft alan Paşinyan Gürcüstana xəbərdarlıq etdi

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın normal tariflər tətfiq etməyəcəyi təqdirdə başqa marşrutlardan istifadə edəcəklərini bəyan edib.
İlk dəfə SOCAR şirkətinin neft məhsullarının Azərbaycandan Ermənistana göndərilməsi ilə bağlı şərh verən  Paşinyan Gürcüstan Dəmir Yollarının tarifləri ilə bağlı bəzi problemlərdən xəbərdar olduğunu bildirib.
Bununla əlaqədar Ermənistanın Baş naziri Gürcüstaa xəbərdarlıq edib ki, normal tariflər tətbiq edilməsə, Azərbaycan ilə Ermənistan alternativ marşrutlar tapacaqlar.
Paşinyan deyib: "Ümid edirəm ki, ya bu məsələlər həll olunacaq, ya da iqtisadi qurumlar alternativ idxal və ixrac marşrutları tapacaqlar".
Qeyd edək ki,  Tbilisinin tarif siyasətinə cavab olaraq, Azərbaycan-Ermənistan sərhədində dəmir yolu xəttini bərpa edilməsi gözlənilir.
Hürr Tərcüman