Azərbaycanda zəlzələ olub
2025-11-01 19:31:04
İsmayıllıda zəlzələ olub.
"Hurriyyet.az" bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yerli vaxtla saat 18:03-də qeydə alınan zəlzələnin maqnitudası 3,4 olub. Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
