Saat:18:25
Haqqımızda

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb - Əlamətləri bunlardır

2025-12-23 15:55:17

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb - Əlamətləri bunlardır

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb.

Hurriyyet.az xəbər verir ki, xəstəliyin əsas əlamətləri 40 dərəcəyə çatan tempratur, təngənəfəslik, ürək bulanmasıdır.

Virusa yoluxan uşaqların xeyli hissəsində pnevmoniya (ağciyər iltihabı) aşkarlanır.

Məsələ ilə bağlı pediatr-infeksionist Aytən Ziyadova bildirib ki, hazırda uşaqlar arasında ən çox yayılan viruslar İnfluenza A ştamı və respirator sinsisial virusdur:

O deyib ki, bu viruslar tənəffüs yollarına təsir edir və xüsusən kiçik uşaqlar üçün ciddi sağlamlıq riskləri yarada bilər:

“İnfluenza A ştamı, mövsümi qripin əsas səbəbkarıdır. Virus hava yolu ilə yayılır və əsasən qış aylarında daha çox rast gəlinir. Uşaqlarda yüksək qızdırma, ürəkbulanma, əzələlərdə ağrılar, halsızlıq və baş ağrısı kimi simptomlarla müşayiət olunur. Ən çox təsirlənən yaş qrupu isə 1-5 yaş arası uşaqlardır. İnfluenza A tənəffüs yollarında ciddi problemlər yaratmasa da, immuniteti zəif olan uşaqlar üçün, xüsusən də əlavə xəstəliklərə meyilli olanlar üçün risklidir. Virusdan qorunmaq üçün vaksinasiya, gigiyenik tədbirlər və erkən müalicə vacibdir. İnfluenza A ştamı ilə mübarizə zamanı, ilk 48 saat ərzində antiviral dərmanların istifadəsi simptomların yüngülləşdirilməsində təsirli ola bilər”.

İnfeksionist söyləyib ki, RSV əsasən 2 yaşa qədər uşaqlarda rast gəlinir və tənəffüs sistemini daha ciddi şəkildə zədələyir:

“Respirator sinsisial virus, daha çox 2 yaşa qədər olan uşaqlarda rastlanan və tənəffüs sistemini daha çox təsir edən bir virusdur. RSV, xüsusilə kiçik uşaqlarda bronşiolit və pnevmoniya kimi ağırlaşmalara səbəb ola bilər. Bu virusun əsas simptomları arasında öskürək, burun axıntısı, yüksək qızdırma və nəfəs almaqda çətinlik yer alır. Xüsusilə, uşaqlarda cırıltılı nəfəs almanı müşahidə etmək mümkündür. RSV, tənəffüs yollarını sıxaraq uşaqlarda oksigen çatışmazlığına səbəb ola bilər, bu da ciddi hallarda xəstəxanada müalicə tələb edir. Bu virusun qarşısını almaq üçün mövsümi tədbirlər və simptomlar ortaya çıxdığı təqdirdə müalicə vacibdir”.

A.Ziyadova vurğulayıb ki, hər iki virus mövsümi xarakter daşıyır:

Hər iki virus mövsümi xəstəliklər olduğu üçün uşaqların təmasda olduqları mühitin gigiyenasına diqqət yetirmək, əlləri tez-tez yumaq

 “Hər iki virus mövsümi xəstəliklər olduğu üçün uşaqların təmasda olduqları mühitin gigiyenasına diqqət yetirmək, əlləri tez-tez yumaq, xəstəlik əlamətləri göstərən insanlarla əlaqəyə girməmək, bunlar virusa yoluxma riskini azaldan əsas tədbirlərdir. İnfluenza və RSV, tənəffüs yolları ilə yayıldığı üçün uşaqlar arasında daha tez yayılır və bu da valideynlər üçün narahatlıq yaradır.

Nəticədə hər iki virus da ciddi simptomlarla müşayiət olunsa da, müvafiq müalicə və tədbirlər vasitəsilə uşaqların sağlamlığını qorumaq mümkündür. Əgər uşaqlarda yüksək qızdırma, öskürək və nəfəs almaqda çətinlik kimi simptomlar müşahidə edilirsə, dərhal pediatr həkimə müraciət etmək vacibdir. Bu şəkildə, erkən müdaxilə ilə vəziyyətin ağırlaşmasının qarşısı alınmış olur”.

 Xatırladaq ki, Səhiyyə Nazirliyinin ötən gün yaydığı açıqlamada bildirilib ki, havaların soyuması ilə əlaqədar ölkədə kəskin respirator virus infeksiyaları, o cümlədən qrip hallarında mövsümi artım müşahidə olunur və bu xəstəliklər xüsusilə risk qrupları üçün təhlükəlidir. Qripə qarşı mübarizədə peyvəndlənmə əsas profilaktik vasitədir və Səhiyyə Nazirliyi tərəfindən ölkəyə təhlükəsiz vaksinlər gətirilib. Vaksinasiya ödənişsizdir və dövlət tibb müəssisələrində aparılır, vətəndaşlara isə gigiyena qaydalarına riayət etmək və xəstəlik əlamətləri olduqda həkimə müraciət etmək tövsiyə olunur.

Yenisabah.az