Saat:02:38
Haqqımızda

Azərbaycanda nazir həbs ediləcək?

2025-12-04 21:18:54

Azərbaycanda nazir həbs ediləcək?

DTX və Hesablama Palatası Naxçıvan Təhsil Nazirliyində yoxlamalara başlayıb. Yoxlamalar zamanı ciddi yeyintilər və korrupsiya hallarının üzə çıxdığı bildirilir. Narazı müəllimlərin dindirilməsi zamanı rüşvət və digər pozuntuların da aşkarlandığı deyilir. Bu haqda “Gündəlik Naxçıvan”a Azərbaycan TN-dəki  mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, yoxlamalara səbəb, son vaxtlar Naxçıvan təhsili ilə bağlı mətbuatda yayımlanan faktlarlar və narazı müəllimlərin tənqidi fikirləridir:

“Nazir Naxçıvanda olarkən xeyli narazı müəllimləri dəvət edib, dinlədi. Onlardan biri də Kəngərlidəki məktəbdə döyülüb, məktəbdən çıxarılan müəllim Ofelya Səfərovadır. O və onun kimi xeyli narazı müəllim rüşvət və digər pozuntularla bağlı xeyli faktlar ortaya qoydular. Jurnalların indiyə kimi paylanmaması da saxtakarlıla bağlı şübhələr yaradıb. Bu səbəbdən Bakıdakı nazirlik monitoring qrupu göndərib.

Artıq, işə DTX və Hesablama Palatası da qarışıb. Onlar yerli nazirliyin özündə və adları mətbuatda hallanan məktəblərdə yoxlamalara başlayıblar. Xeli maliyyə və digər pozuntular aşkarlanıb. Elxan Nəcəfov başqda olmaqla, naziirlikdə bir neçə nəfərin həbsi gözlənilir. Pozuntuların miqyası yoxdur”.