Saat:01:12
Haqqımızda

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - QƏRAR

2025-12-19 19:44:47

Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - QƏRAR

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2026-ci ilədək müddəti əhatə edirdi.