Azərbaycanda hərbi zavodda partlayış - Ölən var
2025-11-14 15:55:59
Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıbm
Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.
Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
