Saat:18:58
Haqqımızda

Azərbaycanda hava ilə bağlı təhlükə yarandı? - AÇIQLANDI

2025-10-04 16:45:32

Azərbaycanda hava ilə bağlı təhlükə yarandı? - AÇIQLANDI

Bir neçə gündür Azərbaycan ərazisində mülayim hava şəraiti hökm sürür və bu vəziyyət qarşıdakı günlərdə də davam edəcək. Sabah paytaxt Bakıda və rayonlarda 25 dərəcə isti olacaq

Bəs payızda hava şəraitinin bu formada keçməsinin hansısa mənfi təsirləri, riskləri varmı?

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan meteoroloq Cavid Hüseynov deyib ki, payız keçid fəsli sayılır. 

O xatırladıb ki, payız fəsli sentyabrın 22-dən dekabrın 21-dək davam edir: “Keçid fəsli olduğundan bu dövrdə havaların bəzi günlərdə yağıntılı, bəzi günlərdə isə günəşli və yağmursuz keçməsi onun təbii iqlim xüsusiyyətlərindəndir. Sentyabr ayının üçüncü ongünlüyündən etibarən havanın temperaturu aşağı enməyə başlayır, oktyabr və noyabr aylarında isə intensiv eniş davam edir.

Oktyabr ayında Abşeron yarımadasında havanın maksimal orta temperatur göstəricisi 20 dərəcə isti, minimal orta temperaturu isə 13 dərəcə isti, noyabr ayında da maksimal orta temperatur müsbət 17 dərəcə, minimal orta temperatur isə 12 dərəcə isti səviyyəsində proqnozlaşdırılır”.

Ekspert bildirib ki, belə hava şəraiti insanlarda gərginlik yaradır:

“Temperaturun mövsümü tərəddüdləri və amplitudanın artması dövründə canlı orqanizmlər viruslara qarşı daha həssas olur. Saatlar ərzində baş verən sürətli hava dəyişiklikləri bədənimizə əlavə gərginlik gətirir”.