Saat:23:12
Haqqımızda

Azərbaycanda gənc hakim yol qəzasında həlak oldu - FOTO

2025-12-22 20:43:51

Azərbaycanda gənc hakim yol qəzasında həlak oldu - FOTO

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

"Hurriyyet.Az" "Report"a istinadən xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.

İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi "Nissan" markalı avtomobil digər nəqliyyat vasitəsinə toqquşub. Nəticədə, hakim hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.