Saat:16:02
Haqqımızda

Azərbaycanda avtomobillərə 6 rəqəmli nömrələr də veriləcək

2025-11-21 14:17:43

Azərbaycanda avtomobillərə 6 rəqəmli nömrələr də veriləcək

Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına dair AZS 599:2025 dövlət standartına daha bir yenilik əlavə edilib.

Hurriyyet.az xəbər verir ki, yeniliyə əsasən, Azərbaycanda nəqliyyat vasitələrinin region kodu həm 2, həm də 3 rəqəmli olacaq. Beləliklə, yeni veriləcək bir sıra nömrələrdə 6 rəqəm mövcud olacaq.

Qeyd edək ki, son illərdə ölkədə nəqliyyat vasitələrinin sayının kəskin artması 10, 90, 99 seriyalı nömrələrin tükənməsinə gətirib çıxarıb və bir sıra hərflərin kombinasiyasından ibarət nömrələr də təqdim edilib.

Xatırladaq ki, standarta edilmiş yeniliklərə əsasən, avtomobil nömrələrində hərf və rəqəmlər arasındakı defis işarələri və çip elementləri də ləğv olunub.