Azərbaycan sayəsində Ermənistanda benzin ucuzlaşacaq
2025-12-22 16:40:25
Hurriyyet.az xəbər verir ki, SOCAR şirkətinin Ermənistandakı qiyməti bəlli olub.
Ermənistanda “Ran Oil” yanacaqdoldurma məntəqələri şəbəkəsində Azərbaycandan göndərilmiş Aİ-95 markalı benzinin litri 440 drama (1,97 manata yaxın) satılacaq. Bu barədə erməni vəkil Raffi Aslanyan məlumat verib.
Ermənistandakı digər yanacaqdondurma mərkəzlərində benzinin litrinin qiyməti 520 dramdır (2.30 manata yaxındır).
Qeyd edək ki, Azərbaycanda "Premium" benzin 1,60 manata satılır.
Hürr Tərcüman
