Azərbaycan Prezidenti İlham Əliyev Danimarkaya işgüzar səfərə gəlib
2025-10-01 23:04:44
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gedib.
Hurriyyet.Az xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.






