Saat:01:42
Haqqımızda

Azərbaycan elektrik sayğaclarını hansı ölkələrdən və neçəyə alır? – Siyahı

2025-09-19 13:38:36

Azərbaycan elektrik sayğaclarını hansı ölkələrdən və neçəyə alır? – Siyahı

Bu ilin ilk yeddi ayı ərzində Azərbaycana idxal edilən elektrik enerjisi sayğaclarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Hurriyyet.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkəyə 193 min 716 ədəd sayğac gətirilmişdisə, bu ilin müvafiq dövründə bu göstərici 112 min 235 ədədə kimi azalıb.

İdxal olunan sayğacların ümumi dəyəri isə ötənilki 6 milyon 113,74 min dollardan 4 milyon 993,87 min dollara enib.

Elektrik sayğacları ən çox Çindən gətirilir. 2024-cü ilin ilk 7 ayında Çindən 92 min 482 ədəd, bu ilin ilk 7 ayında isə 60 min 604 ədəd sayğac idxal edilib. İkinci pillədə yer alan Türkiyədən isə ötən ilin ilk 7 ayında 101 min 130 ədəd sayğac gətirilmişdisə, bu ilin ilk 7 ayında 51 min 383 ədəd idxal edilib.

Bunlardan başqa, bu il Ruisyadan 212 ədəd sayğac alınıb. Ötən ilin eyni dövründə isə bu ölkədən ümumiyyətlə sayğac idxal olunmayıb.

Bu ilin ilk 7 ayında Azərbaycan elektrik sayğaclarını aşağıdakı ölkələrdən idxal edib:

Çin – 60 604 ədəd (bir ədədin orta gömrük dəyəri 65 dollar);

Türkiyə – 51 383 ədəd (19 dollar);

Rusiya – 212 ədəd (147,9 dollar);

Almaniya – 13 ədəd (2844 dollar);

Niderland – 13 ədəd (122 dollar);

Böyük Britaniya – 6 ədəd (283,3 dollar);

Fransa – 4 ədəd (97,5 dollar);