Saat:21:41
Haqqımızda

Azərbaycan əhalisinin sayı açıqlandı

2025-12-12 13:26:30

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 32 109 nəfər və ya 0,3 faiz artaraq 2025-ci il noyabr ayının 1-i vəziyyətinə 10 milyon 256 min 998 nəfərə çatıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

2025-ci ilin on ayı ərzində ölkədə 49846 ölüm halı qeydə alınıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.