Azərbaycan dili dərslərinin saatlarının artırılması nə üçün vacibdir? - AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev bu gün parlamentdə müzakirələr zamanı bildirib ki, tədris planlarında Azərbaycan dili üzrə dərs saatları artırılacaq.
Nazirin açıqlamasına münasibət bildirən Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov Redaktor.az-a dedi ki, gələcəkdə Azərbaycan dili dərslərinin saatlarının artırılması müsbət bir hal olardı.
"Çünki şagirdlərdə fikrin ifadə edilməsi, söz bazasının zənginləşdirilməsi, yazı, oxu, dinləyib-anlama və digər bacarıqların daha mükəmməl formalaşdırılması üçün dərs saatlarının artırılmasına ehtiyac var. Eyni zamanda, yeni təhsil sisteminin (kurrikulumun) siniflərdə reallaşdırılması üçün vaxt darlığının aradan qaldırılmasına da müsbət təsir göstərə bilər", - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI
