Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb
2025-12-13 17:44:57
Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Hurriyyet.az-ın məlumatına görə, idmançı finalda Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib.
Qeyd edək ki, Azərbaycan yarışda 11 boksçu ilə təmsil olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medala sahib çıxıblar.
