Saat:17:19
Haqqımızda

ATƏT Minsk Qrupunun ləğvinə görə Azərbaycana təşəkkürünü bildirib

2025-12-04 15:30:00

ATƏT Minsk Qrupunun ləğvinə görə Azərbaycana təşəkkürünü bildirib

Büdcə yükdən xilas olub
Hurriyyet.az xəbər verir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) Minsk Qrupunun ləğvinə görə Azərbaycan və Ermənistana təşəkkür edib.
ATƏT-in fəaliyyətdə olan sədri və Finlandiya xarici işlər naziri Elina Valtonen ATƏT-in Minsk Qrupunun ləğvi qərarınının "həyati vacib qərar" olduğunu söyləyib:  "ATƏT-in Minsk Qrupunun bağlanması qərarı Bakı ilə İrəvan arasında sülh prosesinin davam etdirilməsi üçün həyati vacib qərar oldu. Bu, sülh prosesini dəstəkləyən və ATƏT-in büdcəsinin təsdiqlənməsinə mane olan əsas maneəni aradan qaldıran mühüm bir addımdır."
Diplomat Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş müşahidə etdiyii vurğulayıb, ATƏT-in Minsk Qrupunun və onunla əlaqəli strukturların bağlanması qərarının avqust ayında verildiyini xatırladıb.
Xatırladaq ki, sentyabrın 1-də ATƏT-in Daimi Şurası Minsk prosesinə və onunla əlaqəli strukturlara xitam vermək qərarına gəlib. Nəticə etibarilə, təşkilat daxilində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əvvəllər qəbul edilmiş bütün sənədlər artıq qüvvədən düşüb və etibarsızdır. 1 dekabrda isə ATƏT Minsk prosesinin və onunla əlaqəli strukturların bağlandığını elan edib.
Hürr Tərcüman