Saat:22:12
Haqqımızda

Arif Babayev Bakıya gətirilir - Vəziyyəti ağırdır-Yenilənib

2025-07-24 22:40:13

Arif Babayev Bakıya gətirilir - Vəziyyəti ağırdır-Yenilənib

Xalq artisti Arif Babayevin vəziyyəti ağırlaşıb.

“Hrriyyet.az” APA-ya istinadən xəbər verir ki, bununla bağlı onun oğlu Yaşar Babayev məlumat verib.

Oğlunun sözlərinə görə, 87 yaşlı Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilməsi üçün hazırlıq işləri görülür.

***

Xalq artisti Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə "Report"a onun oğlu Yaşar Babayev məlumat verib.

Y.Babayev qeyd edib ki, atasının vəziyyəti ağırlaşıb və tibb müəssisəsinə yerləşdirilib.