Saat:02:04
Haqqımızda

"Apple" - "Google" ittifaqı mobil dünyanı dəyişir - İNQİLABİ YENİLİK

2025-12-13 21:30:28

"Apple" və "Google" "iPhone" ilə "Android" cihazları arasında məlumat ötürülməsini tamamilə yenidən quracaq birgə texnologiya üzərində razılığa gəlib.

"Hurriyyet.az" xəbər verir ki, yeni mexanizm vasitəsilə kontaktlar, foto və video materiallar, sənədlər və digər vacib məlumatlar artıq ayrıca tətbiqlərdən istifadə olunmadan - operativ sistem səviyyəsində, avtomatik şəkildə köçürüləcək.

Bu da "Move to iOS" və "Android Switch" kimi proqramların demək olar ki, funksiyasız qalacağı anlamına gəlir.

Ekspertlər bildirirlər ki, belə bir addımın atılması tənzimləyicilərin - xüsusən də Avropa və ABŞ qurumlarının - "Apple" və "Google"a yönəltdiyi artan təzyiqlərlə bağlı ola bilər.

Hazırda yeni sistem "Pixel" smartfonlarında test edilir. Yaxın dövrdə funksiyanın "iOS 26"nın beta versiyalarında "iPhone" istifadəçilərinə təqdim olunması gözlənilir.\\Musavat.com