Saat:17:10
Haqqımızda

“ANLAYIŞLA QƏBUL EDİRİK” - Əliyevin Sankt-Peterburqa getməməsi Kreml üçün gözlənilməz olub?

2025-12-22 15:25:05

“ANLAYIŞLA QƏBUL EDİRİK” - Əliyevin Sankt-Peterburqa getməməsi Kreml üçün gözlənilməz olub?

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti Sankt-Peterburqda keçiriləcək MDB sammitində iştirak etməyəcək. Buna səbəb kimi ölkə başçısının sıx iş qrafiki göstərilib.

Hurriyyet.az xəbər verir ki, jurnalsitlər Vladimir Putinin mətbuat katibi Dmitri Peskovdan İlham Əliyevin sözügedən tədbirə qatılmamasına Kremlin münasibətini öyrəniblər. Ondan Əliyevin bu səfərdən imtinasının Kreml üçün gözlənilməz olub-olmadığını soruşublar.

Peskov cavabında deyib: “Xeyr, biz buna tamamilə anlayışla yanaşırıq. Həqiqətən də, dövlət başçılarının, xüsusən də dekabr ayında, Yeni il ərəfəsində çox sıx qrafikləri var".

AzPolitika.info