Saat:18:26
Haqqımızda

Amerika sülh şərtlərini telefonla diktə edir?

2025-11-24 16:16:54

Amerika sülh şərtlərini telefonla diktə edir?

Hurriyyet.az xəbər verir ki, Trampın köməkçiləri sülh şərtlərini Zelenskiyə telefonla çatdırıblar.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüş zamanı telefonla Ukrayna Prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayaraq müharibənin həlli ilə bağlı Amerika planını oxuyublar. Bu barədə "Axios" nəşri mənbələrə istinadla məlumat verib.
Nəşrin məlumatına görə, Zelenski ilə əlaqə saxlamaq təşəbbüsü Umerovdan gəlib. Lakin Vaşinqtonun təklif etdiyi planı telefonla ətraflı müzakirə etmək mümkün olmayıb.
Hürr Tərcüman