Almaniya 200 ədəd "Puma" piyada döyüş maşını sifariş edir...
Hurriyyet.az xəbər verir ki, Almaniya hökuməti "Rheinmetall" və "KNDS Deutschland" şirkətlərinin birgə müəssisəsi olan "Projekt System & Management GmbH" ilə 200 ədəd "Puma" piyada döyüş maşınının istehsalı və çatdırılması üçün müqavilə imzalayıb.
Müqavilənin dəyəri 4,2 milyard avrodur. Şirkətlər maliyyəni bərabər bölüşdürəcək və hər biri 2,1 milyard avro alacaqlar. Yeni müqavilə çərçivəsində ilk döyüş maşınlarının çatdırılması 2028-ci ilin ortalarına planlaşdırılır.
"Puma" piyada döyüş maşını 30 mm-lik avtomatik top və koaksial 5,56 mm-lik pulemyotla silahlanıb. Nəqliyyat vasitəsi ya MELLS, ya da Spike tank əleyhinə raketləri ilə silahlana bilər. Mühərriki 1088 at gücüdür və saatda 70 kilometr yol sürətinə malikdir. Maksimum çəkisi 43 tondur. Ekipaj üç nəfərdən ibarətdir. Əsgər bölməsində altı əsgər yerləşir.
Alman qoşunları bu PDM-ləri idarə edərkən tez-tez nasazlıqlarla qarşılaşırlar. Son hadisə NATO-nun sürətli reaksiya qüvvələrində istifadə üçün "Puma" PDM-ni sertifikatlaşdırmaq üçün keçirilən təlimlər zamanı 18 nəqliyyat vasitəsinin sıradan çıxması ilə bağlı idi.
NURAY
