AKP-də 108 sədr dəyişdi
2025-12-13 11:23:51
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasında (AKP) struktur yenidən formalaşdırılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, partiya rəhbərliyi 108 bölgədə sədr dəyişikliyi edib.
Onlardan 8-i vilayət, 100-ü isə rayon üzrə sədr olub.
Məlumata görə, bu addım AKP-nin bölgələr üzrə gücünün artırılması məqsədilə atılıb.
