Saat:13:46
Haqqımızda

Aİ Türkiyə vətəndaşlarına viza verilməsini sadələşdirir

2025-07-18 16:51:26

Aİ Türkiyə vətəndaşlarına viza verilməsini sadələşdirir

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Türkiyə vətəndaşlarına viza verilməsi qaydalarını sadələşdirib. Türkiyə vətəndaşlarına Şengen vizalarının verilməsi prosesinın müddəti qısaldılacaq.
Bu barədə Aİ-nin Ankaradakı səfiri Tomas Ossovski məlumat verib. Səfir deyib: "Əvvəllər vizadan düzgün istifadə etmiş Türkiyə vətəndaşları ikinci müraciət zamanı altı aylıq, daha sonra isə bir, üç və beş illik çoxdəfəlik viza ala biləcəklər. Prosedur onlar üçün daha sadə və daha sürətli olacaq".
Səfirin sözlərinə görə, viza mərkəzlərində işin çoxalması səbəbindən sənədlərin verilməso prosesləri bir qədər ləngiyib.
Ankara ilə Brüssel viza rejimini daha da sadələşdimək üçün tədbirlər planının müzakirəsini davam etdirirlər.
Hürr Tərcüman


Load Time (S) : 0.854374